Bakı–Dəməşq əməkdaşlığı regional sabitliyə töhfə verəcək - Turan Rzayev
Sabah 2 avqustdan etibarən Azərbaycanın Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional sabitlik və enerji diplomatiyası baxımından strateji əhəmiyyətə malik hadisədir. Rzayev qeyd edib ki, bu proses enerji bazarında Azərbaycanın mövqelərini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərq arasında yeni əməkdaşlıq platformasının formalaşmasına səbəb olacaq.
Azərbaycan qazının Suriyaya nəql olunması humanitar yardım və sabitlik istiqamətində təsirli addımdır - Tom Barrak
BAKI,AzerVoice ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Azərbaycan qazının Suriyaya nəql olunmasını humanitar yardım və sabitlik istiqamətində təsirli addım kimi dəyərləndirib.
İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu
“Bu sərgi Azərbaycanın hərbi texnologiyalarının və silah sənayesinin tanıdılması üçün atılmış çox ciddi addımdır. Bugünkü dünyada silah istehsal edən çox sayda ölkə var, lakin Türkiyə silahlarının əsas fərqi odur ki, onlar artıq real müharibələrdə sınaqdan çıxıb və öz sözünü deyib,” – deyə Hafizoğlu vurğulayıb.
Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilir
Azərbaycanın təbii qazı 2 avqustdan etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq. Layihə Azərbaycanla “swap” mexanizmi çərçivəsində həyata keçirilir. Qaz xəttinin Türkiyə ərazisində inşası tamamlanıb, Suriya tərəfi isə qəbul infrastrukturlarını hazır vəziyyətə gətirib. Maliyyələşdirmə Qətər tərəfindən təmin olunub. Gündəlik 6 milyon kub metr qaz təchizatı Suriyada 1200 MVt elektrik enerjisi istehsalına imkan yaradacaq, əlavə 500 MVt-lıq elektrik ixracı ilə ölkədə enerji təminatı gündəlik 10 saata qədər artırılacaq.
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır
Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəyişə sadəcə ayaq uydurmaq yox, onu fürsətə çevirib öz mövqeyini gücləndirə bilən ölkələr çox azdır.
Suriya Türkmənlərinin Körpü Rolu və Suriya–Azərbaycan Strateji Tərəfdaşlığı
Bu səfər, xüsusilə keçmiş illərdə Suriya ilə Azərbaycan arasındakı siyasi gərginliklər səbəbilə donmuş vəziyyətdə olan ikitərəfli münasibətlər üçün strateji dönüş nöqtəsi hesab olunur.