Minnesota ştatına qarşı kiberhücuma görə İranı məsul hesab etmirəm - Tramp
Donald Tramp Minnesota ştatında su təchizatı sistemlərinə qarşı kiberhücuma görə İranı məsul hesab etmədiyini bildirib. O, bu fikri Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasından sonra səsləndirib. Tramp bəzi dairələrin İranı ittiham etdiyini, lakin bu iddia ilə razılaşmadığını deyib. Prezident kiberhücumun mümkün təşkilatçıları barədə əlavə məlumat verməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir. ABŞ rəsmiləri hələlik yekun nəticə açıqlamayıblar. Trampın açıqlaması İranla bağlı əvvəlki ittihamlardan fərqli mövqe kimi qiymətləndirilir.
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə AYİB-lə əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat Nazirliyində AYİB-lə görüşdə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və Gəncə ilə Naxçıvanda həyata keçirilən tədbirlər müzakirə olunub, əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.
İranda içməli su böhranı
İranən şəhər əhalisinin təxminən yarısı içməli su qıtlığı problemi ilə üz-üzədir.