Kolumbiya Universitetinə qarşı məhkəmə iddiası: Fələstinlilərin hədəf alındığı bildirilir
ABŞ-ın Kolumbiya Universitetindəki fələstinli tələbə və əməkdaşların universitet rəhbərliyinə qarşı ayrı-seçkilik iddiası ilə məhkəməyə müraciət etdiyi açıqlanıb. Nyu-York Ali Məhkəməsinə təqdim edilən iddiada beş fələstin əsilli ABŞ vətəndaşı universitetin 2023-cü ilin sonundan etibarən fələstinlilərə qarşı ayrı-seçkilik etdiyini və onları təzyiq altında saxladığını bildirib.
Anqoladakı iğtişaşlarda 4 nəfər həlak olub
Anqolanın paytaxtı Luandada taksi sürücülərinin yanacaq qiymətlərinin azaldılması tələbi ilə keçirdiyi nümayiş zamanı baş verən iğtişaşlar nəticəsində azı dörd nəfər həlak olub. 500 nəfər vandallıq aktlarında iştirak etdiklərinə görə həbs edilib.