Məcnun Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.
Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər. Bu barədə nazir Mikayıl Cabbarov rəsmi "X" səhifəsində paylaşım edib.
Azərbaycanla əməkdaşlıq vacibdir - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian ölkəsində Azərbaycana qarşı məsafəli yanaşmaları tənqid edərək, Azərbaycanın qohum və qardaş ölkə olduğunu bildirib. Pezeşkiyan Zəncan əyalətində İl Planlaşdırma Şurasının iclasında çıxışı zamanı qonşu ölkələrlə münasibətlərə toxunub.
Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov
Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi və diplomatik aktivliyi ilə bağlı AzerVoice üçün danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, ölkənin xarici siyasəti tamamilə pragmatizm prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə strateji tərəfdaşlığı var.