Bolqarıstanın cənubunda 30 min hektar ərazini əhatə edən yanğın davam edir
Bolqarıstanın Haskovo vilayətində baş verən yanğın iki gündür davam edir və atılan siqaret kötüyünün səbəb olduğu bildirilir. Qubernator Stefka Zdravkova mətbuata verdiyi açıqlamada, güclü və isti küləyin yanğınla mübarizə səylərinə mənfi təsir göstərdiyini bildirib. Yanğın beynəlxalq Meriç şossesini keçərək, yolun bir hissəsinin müvəqqəti bağlanmasına səbəb olub.
Türkiyənin Karabük və Denizli vilayətlərində meşə yanğınları baş verib
Karabük vilayətinin Arıcak kəndi ərazisində başlayan yanğına yanğınsöndürənlər müdaxilə edir. Denizlinin Acıpayam rayonunun Karaismailler məhəlləsində də meşə yanğını baş verib. Dağlıq və maili ərazidə yayılan alovların söndürülməsi istiqamətində işlər davam etdirilir.