Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2581024703 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2583024701 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
15 yanvarda Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2576024700 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
15 yanvarda Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2578024708 dövlət qeydiyyat nömrəli 5,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
14 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2579024707 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
14 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2577024709 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Taleh Kazımov bu barədə özünün X sosial şəbəkəsində paylaşım edib. Kazımov bildirib ki, görüşdə Azərbaycan və Çin arasında maliyyə sahəsindəki ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. O, ötən ay imzalanmış Anlaşma Memorandumunun hər iki qurum arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib
Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.
Qırğızıstandan Azərbaycan iqtisadiyyatına investisiyalar əhəmiyyətli dərəcədə artıb
Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil edib. Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə çoxdur. Hesabat ilində Azərbaycana yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı 0,2 faiz təşkil edib. 2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil edib
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir. Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.
Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb
Bu ilin avqsutun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,680 milyard manat təşkil edib. Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 787,7 milyon manat və ya 1,6% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,759 milyard manat və ya 6,1% çoxdur. Bundan başqa, 2025-ci ilin avqustun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,662 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 155,2 milyon manat və ya 0,4% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,210 milyon manat və ya 3,4% çoxdur.
Azərbaycanda bankların əməliyyat mənfəəti artıb
Bu ilin yanvar – iyul aylarında banklar 682.8 milyon manat xalis mənfəət, 1,086 milyard manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti, demək olar ki, dəyişməyib, əməliyyat mənfəəti isə 6,9% artıb.