İranlı diplomat Rusiyanı İsrailə dəstək verməkdə ittiham etdi - Rusiya NATO üzvü Türkiyəyə S-400 satdı, amma bizə vermədi
Onun sözlərinə görə, həmin 12 günlük hava müharibəsi zamanı İsrail ABŞ-ın qısa müddətli iştirakı ilə İranın əsas nüvə obyektlərini bombalayıb, yüksək rütbəli hərbçiləri və nüvə alimlərini öldürüb. İsrail, həmçinin İranın hava hücumundan müdafiə sistemlərini demək olar ki, tamamilə sıradan çıxarıb və ballistik silah anbarlarına ciddi ziyan vurub.