Tanınmış Suriyalı tədqiqatçı Azərbaycan həqiqətlərindən bəhs edən kitabı OPCW səfirinə təqdim edib
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) baş direktoru səfir Fernando Arias, Suriyalı tədqiqatçı və siyasi müşavir Dr. Basil əl-Hac Casim ilə Haaqada görüş keçirib. Kitabın OPCW kitabxanasına qəbul olunması Qarabağ müharibəsi həqiqətlərinin beynəlxalq elmi-siyasi müstəviyə çıxarılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Azərbaycanla bağlı tarixi və siyasi reallıqların Haaqadakı nüfuzlu beynəlxalq təşkilatın kitabxanasında yer alması ölkəmizin həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.