Gənc futbolçu İbrahim Babayev "Barselona"da oynayacaq
Azərbaycanlı gənc futbolçu İbrahim Babayev İspaniyanın "Barselona" klubuna keçib. Gənc futbolçu "Barselona"nın gənclər komandasında çıxış edəcək. "Bu əlamətdar hadisə onun karyerasında yeni səhifə və Azərbaycan üçün qürurverici nailiyyətdir" - deyə, iş adamı Adnan Əhmədzadə "Instagram" səhifəsində yazıb.