Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub. Marafonun “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.Onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar. Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla xatirə şəkilləri çəkdiriblər.
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Art in Motion” sərgisini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
Leyla Əliyeva və Arzu Əliyeva "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib
“Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Birinci xanım Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Leyla Əliyeva və Alena Əliyeva “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimat mərasimində iştirak ediblər
Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib.