Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyeva Saymon Stil ilə görüş keçirib
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb. Layihə çərçivəsində 20 gənc ailə xüsusi təlim proqramına cəlb olunaraq arıçılıq sahəsində nəzəri və praktik biliklər əldə edib, onlara arı ailələri, pətəklər, arıçı geyimləri və digər avadanlıqlar təqdim olunub. Proqramın əsas məqsədi arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, ekosahibkarlığın təşviqi, keyfiyyətli təbii bal istehsalının artırılması və gənc ailələrin sosial rifahının yüksəldilməsidir.
Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər
Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatının fəaliyyəti ilə tanış olub. Səfər zamanı o, çay plantasiyalarına baxış keçirib, burada yetişdirilən çay sortları və istehsal prosesi barədə məlumat alıb. Leyla Əliyeva həmçinin işçilərlə birlikdə çay yığımında iştirak edib, onların gündəlik fəaliyyəti ilə maraqlanıb və səmimi söhbət aparıb. Görüş zamanı təsərrüfatın ekoloji kənd təsərrüfatı, yerli istehsalın inkişafı, məşğulluğun artırılması və aqroturizm potensialı baxımından əhəmiyyətinə xüsusi diqqət çəkilib.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər
Lənkərana səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin ailəsi ilə görüşüblər. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad olunub, onun döyüş yolu və göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Görüş zamanı ailənin vəziyyəti və qayğıları ilə də maraqlanılıb. Vətən müharibəsində iştirak edən qəhrəmanların xatirəsinin yaşadılması və şəhid ailələrinə diqqət göstərilməsi cəmiyyətin mühüm sosial-mənəvi dəyərlərindən biri hesab olunur.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerli dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılığı ilə tanış olublar. Səfər çərçivəsində sənətkarın hazırladığı əl işlərinə baxış keçirilib, qədim bədii oyma sənətinin xüsusiyyətləri ilə bağlı məlumat verilib və yaradıcılıq prosesi nümayiş etdirilib. Görüş milli sənət ənənələrinin qorunması və yerli sənətkarların fəaliyyətinin təşviqi baxımından diqqət çəkib.
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində yerləşən uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Səfər çərçivəsində müəssisədə tərbiyə alan uşaqlarla görüş keçirilib, onların gündəlik fəaliyyəti ilə maraqlanılıb və müxtəlif yaradıcılıq məşğələləri təşkil olunub. Görüş zamanı uşaqlarla birgə hazırlanan yaradıcılıq nümunələri və təqdim olunan hədiyyələr tədbirə xüsusi rəng qatıb.
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb
Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində olub
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib
Heydər Əliyev Fondunun vitse-prezidenti,Leyla Əliyeva Masallı rayonuna səfər edib.
Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər
Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.Qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər. Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib. Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb
Mayın 21-də Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvati ilə görüşüb.