9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Leyla Əliyeva Saymon Stil ilə görüş keçirib

16 İyun 2026 13:36
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

BAKI,VOA

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.

VOA xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb. Eyni zamanda, mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.

Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.

Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Məqalədə: #BMT #Heydər Əliyev Fondu #Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.