Zelenski və Tramp yenidən görüşəcəklər
Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib. Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər.
Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski
Ukraynada ədalətli və real atəşkəs variantı “olduğumuz yerdə qal” prinsipi ola bilər. Bu, o deməkdir ki, tərəflər indiki mövqelərini qoruyub saxlayırlar və bütün məsələlər diplomatik yolla həll olunur.
Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq – Zelenski
Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu bölgə Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin mühüm hissəsidir.