TEKNOFEST İstanbul 1 milyon ziyarətçi ilə rekorda imza atıb
Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı ilə keçirilən festivalda bu il 58 əsas və 137 alt kateqoriya üzrə yarışmalar keçirildi. Yarışmalara 565 mindən çox komanda və 1,1 milyon iştirakçı müraciət etdi. Final mərhələsinə yüksələnlər isə ümumilikdə 65 milyon lirədən çox mükafatla təltif olundu.
Çelik Kubbe-nin məhsulları TEKNOFEST-də nümayiş olunur
Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin isə informasiya tərəfdaşı olduğu, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, İstanbul Atatürk Hava Limanında ziyarətçiləri qəbul edir. Festival çərçivəsində, başda ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış Çelik Kubbe məhsulları böyük maraqla qarşılanıb.
Türkiyənin rəqəmsal gələcəyi TEKNOFEST-də formalaşır - Selçuk Bayraktar
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2025 sərgisində çıxış edərək, festivalın sadəcə bir texnologiya sərgisi deyil, Milli Texnologiya Hərəkatının simvolu olduğunu bildirib.