10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TEKNOFEST İstanbul 1 milyon ziyarətçi ilə rekorda imza atıb

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı ilə keçirilən festivalda bu il 58 əsas və 137 alt kateqoriya üzrə yarışmalar keçirildi. Yarışmalara 565 mindən çox komanda və 1,1 milyon iştirakçı müraciət etdi. Final mərhələsinə yüksələnlər isə ümumilikdə 65 milyon lirədən çox mükafatla təltif olundu.

22 Sentyabr 2025 15:52
TEKNOFEST İstanbul 1 milyon ziyarətçi ilə rekorda imza atıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin texnologiya və elm sahəsində ən böyük tədbirlərindən biri olan TEKNOFEST 2025, 17–21 sentyabr tarixlərində İstanbul Atatürk Hava Limanında keçirildi.

AzerVoice xəbər verir ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı bu il 1 milyon 32 min nəfər ziyarətçini bir araya gətirib.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı ilə keçirilən festivalda bu il 58 əsas və 137 alt kateqoriya üzrə yarışmalar keçirildi. Yarışmalara 565 mindən çox komanda və 1,1 milyon iştirakçı müraciət etdi. Final mərhələsinə yüksələnlər isə ümumilikdə 65 milyon lirədən çox mükafatla təltif olundu.

Festivalın üçüncü günündə tədbirə qatılan Rəcəb Tayyib Ərdoğan, TEKNOFEST-in gənclərin özgüvəni və layihələri ilə Türkiyənin gələcəyini formalaşdırdığını bildirib.

“TEKNOFEST-in 13-cüsünü həyata keçirməyin qürurunu yaşayırıq. Gənclərimizin ortaya qoyduğu əsərlər böyük və güclü Türkiyənin bünövrəsini qoyur”- deyə o bildirib.

Ərdoğan texnologiya yarışmalarında qalib gələn gənclərə mükafatlarını da təqdim edib.

Beş gün davam edən festival çərçivəsində SOLOTÜRK və Türk Yıldızlarının uçuş nümayişləri, ATAK helikopteri, Hürkuş təyyarəsi, Anka, Bayraktar TB2, TB3 və Akıncı PUA-larının səmadakı şouları ziyarətçilərə təqdim olundu. Bununla yanaşı, sərgilərdə milli dəniz, quru və hava vasitələri nümayiş etdirildi.

Festivalın bağlanışında çıxış edən Prezident köməkçisi Cevdet Yılmaz, Türkiyənin gələcəyi üçün texnologiya istehsalının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Cevdet Yılmaz #İstanbul #Türkiyə Sənaye və Texnologiya Nazirliyi #Ankara #Baykar #ANKA PUA #SOLOTÜRK #Bayraktar #TEKNOFEST 2025

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.