5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin rəqəmsal gələcəyi TEKNOFEST-də formalaşır - Selçuk Bayraktar

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2025 sərgisində çıxış edərək, festivalın sadəcə bir texnologiya sərgisi deyil, Milli Texnologiya Hərəkatının simvolu olduğunu bildirib.

17 Sentyabr 2025 14:20
Türkiyənin rəqəmsal gələcəyi TEKNOFEST-də formalaşır - Selçuk Bayraktar

BAKI, AzerVoice, Fərid Mikayılov

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2025 sərgisində çıxış edərək, festivalın sadəcə bir texnologiya sərgisi deyil, Milli Texnologiya Hərəkatının simvolu olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Bayraktar çıxışında vurğulayıb ki, TEKNOFEST əsrlərdir davam edən “öyrənilmiş çarəsizliyə” bir etirazdır və gənc nəsillərin texnologiya yarışlarında istehlakçı yox, istehsalçı kimi səhnəyə çıxmasının göstəricisidir.

Onun sözlərinə görə, bu il 13-ü yeni olmaqla 64 yarışma təşkil olunub və festivala 1 milyon 100 min gənc qatılıb.

Festivalda ilk dəfə TEKNOFEST Çempionlar Yürüşü keçirilib, 100-dən çox texnologiya məhsulu nümayiş etdirilib. “Çelik Kubbe” hava hücumundan müdafiə sistemi, “Fetih 1453” rəqəmsal tarix layihəsi və Onkologiyada 3T Yarışması, Türkcə Böyük Dil Modeli Yarışması kimi yeni təşəbbüslər təqdim olunub.

Bayraktar həmçinin milli sosial media platforması NSosyal və süni intellekt dəstəyi ilə hazırlanan Kürə Rəqəmsal Ensiklopediyasını elan edərək, bu layihələrin qlobal rəqəmsal hegemoniyaya alternativ olduğunu vurğulayıb.

Çıxışında dünyadakı ədalətsizliklərə də toxunan Bayraktar, Qəzzada baş verən hadisələri “müasir çağın ən amansız soyqırımı” adlandırıb və insanlığa qarşı bu cinayətlərin dayandırılması üçün milli texnologiya hərəkatının həm hərbi, həm də mənəvi güc yaratmaq məqsədi daşıdığını qeyd edib.

Bayraktar çıxışını gənclərə müraciətlə tamamlayaraq, onların xəyallarını göylə məhdudlaşdırmamalarını, daha uzağı hədəfləmələrini istəyib.

“Tam müstəqil və firavan Türkiyə idealini birlikdə inşa edəcəyik. Gələcək bizimdir, gələcək TEKNOFEST nəslinindir, gələcək Türkiyənindir”- deyə o sonda qeyd edib.

Məqalədə: #Türkiyə #Qəzza #İstanbul #Fələstin #Selçuk Bayraktar #Çelik Kubbe #Teknofest #Atatürk Hava limanı #TEKNOFEST 2025 #Türkcə Böyük Dil Modeli Yarışması #Fetih 1453

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.