Çempionlar Liqası: Qarabağın növbəti sınağı
UEFA Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisi Qarabağ doğma publika önündə Kopenhageni qəbul edəcək. Qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qarabağın Çempionlar Liqasındakı oyununu türk hakim idarə edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Qarabağla Danimarkanın Kopenhagen komandası arasında keçiriləcək II tur oyuna türk əsilli niderlandlı hakim Sərdar Gözüböyük təyin olunub. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər.