Qırğızıstan Prezidenti qadın və uşaqlara qarşı cinayətlərə görə ölüm cəzası təklif edib
Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə qadınlara və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun dəyişikliyi təklif edib. 27 sentyabrda Issık-Kul gölü yaxınlığında 2008-ci il təvəllüdlü Aysuluu adlı yeniyetmə qız itkin düşmüş, daha sonra onun meyiti Jel-Arık kəndi yaxınlığında tapılmışdı.