İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı təlim keçirib
İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə raket katerləri və sualtı qayıqlar da daxil olmaqla müxtəlif hərbi dəniz platformaları iştirak edib. İsrail ordusunun bildirdiyinə görə, məqsəd dənizdən mümkün sızmalar, çoxcəbhəli döyüşlər və hava hücumlarına qarşı hazırlıq səviyyəsini yoxlamaq olub. Təlim zamanı limanların və strateji infrastrukturun müdafiəsi üzrə müxtəlif ssenarilər sınaqdan keçirilib.
İsrail gəmimisinni hədəf alınmasını yalandır- İsrail təhlükəsizlik mənbəsi
İsrail Ordu Radiosu təhlükəsizlik mənbələrinə istinadən, İsrailə məxsus hər hansı hərbi gəminin hədəf alınması barədə məlumatları rəsmən təkzib edib.
İsrail Hərbi Dəniz Qüvvələri Qəzza istiqamətində hərəkət edən 41 gəmini ələ keçirib
İsrail mediasının yaydığı məlumata görə, İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya doğru hərəkət edən 41 gəmini ələ keçirib. AzerVoice xəbər verir ki, gəmilərdə 400-dən artıq şəxs olduğu bildirilir.