Qırğızıstan peyk interneti üzrə pilot layihəyə start verir
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin sürətli rəqəmsal inkişafını təmin etmək, rəqəmsal bərabərsizliyi aradan qaldırmaq və yeni telekommunikasiya texnologiyalarını tətbiq etmək məqsədilə fərman imzalayıb. Fərmana əsasən, “Qeyri-geostasionar peyk sistemlərindən istifadə üzrə pilot layihə” rəsmi olaraq işə salınır.