Tramp ənənəni pozur - Respublikaçılar Partiyası aralıq seçkilər öncəsi fövqəladə qurultay keçirəcək
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının sentyabrın 9–10-da Texas ştatının Dallas şəhərində fövqəladə milli qurultay keçirəcəyini elan edib. Bu qərar ABŞ siyasi ənənəsindən kənar addım kimi qiymətləndirilir. Ölkədə partiyaların ümummilli qurultayları adətən yalnız hər dörd ildən bir keçirilən prezident seçkiləri ərəfəsində təşkil olunur. Trampın təşəbbüsü isə noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərdən cəmi iki ay əvvəl reallaşdırılacaq.
2014-cü il bu gün ABŞ-da Ebola diaqnozu qoyulan ilk şəxs dünyasını dəyişdi
2014-cü il 8 oktyabrda, ABŞ-da Ebola virusuna yoluxduğu təsdiqlənən ilk şəxs – 42 yaşlı Tomas Erik Dankan – Texas ştatının Dallas şəhərində yerləşən Texas Health Presbyterian Hospital xəstəxanasında vəfat edib.