Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb
Azərbaycan və Slovakiya hökumətləri məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsinə dair saziş imzalayıblar. Sənəd Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyəti DTX rəisi Əli Nağıyevlə görüş keçirib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran aktual məsələlər də nəzərdən keçirilib. İmzalanan saziş məxfi məlumatların qorunması üzrə hüquqi əsasları möhkəmləndirəcək. Sənəd iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının genişlənməsinə xidmət edəcək.
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
Əli Nağıyev MDB təhlükəsizlik iclasına qatılıb.
Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb - DTX rəisi
Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib.
DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir
DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatıb.
DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
General-leytenant Fərhad Tağızadə Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı döş nişanı ilə təltif edilib
Azərbaycan Sərhəd Qoşunılarının general-leytenantı Fərhad Sabir oğlu Tağızadə, 70 illik yubileyi münasibətilə fəxri mükafata layiq görülüb.
Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev
Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzaladı
AzerVoice xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Gürcüstanın və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev arasında görüş keçirilib.
“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.