Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
Vaxtilə hər bir ailənin fəxrlə andığı bu tarixi şəxsiyyətin adı bu gün Ərəb dağında yerli separatçı layihələrin qarşısında ən böyük maneəyə çevrilib.
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail qüvvələri Livanın cənubunda Nəbatiyyə əl-Fauqa və Meys əl-Cəbəl bölgələrinə yeni hava zərbələri endirib.
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
İsrail qüvvələri Livanın cənubundakı Meys əl-Cəbəl kəndinin şimal ətrafına doğru irəliləyib. Hadisə Vadi əl-Cəmal ərazisində qeydə alınıb. İsrail qüvvələrinin irəliləməsi artilleriya atəşi ilə müşayiət olunub. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail artilleriyası ərazidəki yaşayış evlərindən birini atəşə tutub. İsrail hərbçilərinin pulemyotlardan istifadə edərək ərazi istiqamətində atəş açdığı da bildirilir. Hərbi qüvvələrin kəndin şimal ətrafına qədər irəlilədiyi qeyd olunur. Hadisənin bölgədə vəziyyəti daha da gərginləşdirdiyi bildirilir. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat açıqlanmayıb.
İsrail hərəkətliliyindən sonra Livan ordusu sərhəddə yüksək hazırlığa gətirildi
Livan ordusu bazar günü ölkənin cənubundakı Mərceyun vilayətinə bağlı Meys əl-Cəbəl qəsəbəsində, İsrail ordusunun sərhəd yaxınlığında hərəkətə keçməsindən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu haqda Livan rəsmi xəbər agentliyi məlumat verib.