13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail hərəkətliliyindən sonra Livan ordusu sərhəddə yüksək hazırlığa gətirildi

Livan ordusu bazar günü ölkənin cənubundakı Mərceyun vilayətinə bağlı Meys əl-Cəbəl qəsəbəsində, İsrail ordusunun sərhəd yaxınlığında hərəkətə keçməsindən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu haqda Livan rəsmi xəbər agentliyi məlumat verib.

3 Noyabr 2025 15:00
İsrail hərəkətliliyindən sonra Livan ordusu sərhəddə yüksək hazırlığa gətirildi

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livan ordusu bazar günü ölkənin cənubundakı Mərceyun vilayətinə bağlı Meys əl-Cəbəl qəsəbəsində, İsrail ordusunun sərhəd yaxınlığında hərəkətə keçməsindən sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu haqda Livan rəsmi xəbər agentliyi məlumat verib.

“İsrail ordusu işğal olunmuş ərazilərdə, Meys əl-Cəbəlin şərqində yerləşən Krum əl-Merah məhəlləsinin qarşısında qüvvələrini hazır vəziyyətə gətirib. Bu isə Livan ordusunun zirehli texnika və əsgərlərlə bölgəyə yerləşməsinə səbəb olub. Bir müddətdən sonra İsrail ordusu geri çəkilib.”-deyə məıumatda bildirilir.

Bu hadisələr, prezident Cozef Aunun ötən cümə axşamı ilk dəfə olaraq Livan ordusuna İsrailin azad edilmiş Livan ərazilərinə edəcəyi istənilən hərbi müdaxiləyə qarşılıq verilməsi barədə əmr verməsindən bir neçə gün sonra baş verib.

Aunun göstərişi əvvəlcə İsrail qüvvələrinin sərhədi keçərək Livanın cənubuna daxil olması və Bleyda bələdiyyə binasında bir əməkdaşın öldürülməsi ilə nəticələnən hücumdan sonra verilib. Bu hücum atəşkəs razılaşmasından bəri görünməmiş hadisə kimi qiymətləndirilib.

İsrail ordusu 2024-cü ilin noyabrında qüvvəyə minmiş atəşkəsə baxmayaraq, demək olar ki, hər gün Livan ərazisinə hava zərbələri endirir.

Rəsmi məlumatlara görə, İsrail atəşkəsi 4500-dən çox dəfə pozub, nəticədə yüzlərlə insan həlak olub və yaralanıb. Son insidentdə Nabatiyyə bölgəsinə edilən hava hücumu 4 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub.

Cümə günü İsrail İctimai Yayım Şirkəti xəbər verib ki, Təl-Əviv “Hizbullah”ın hərbi gücünü artırdığı iddiası ilə Livanda əməliyyatları genişləndirməyi müzakirə edir.

İsrail ordusu bəyan edib ki, cənubda həyata keçirilən hücumda 4 nəfər öldürülüb və onların “Hizbullahın Rızvan qüvvələrinə” mənsub olduqları, o cümlədən “qüvvənin logistika rəisinin” öldürüldüyü iddia olunub.

Bazar günü günortadan sonra Livan agentliyi bildirib ki, İsrail qüvvələri cənubdakı Aytrun qəsəbəsinin kənarlarına iki yanıcı mərmi atıb, lakin insan tələfatı və dağıntı barədə məlumat yoxdur.

Hərbi gərginlik fonunda ABŞ-dan sərt siyasi bəyanatlar gəlib. ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barak Livan dövlətini “uğursuz ölkə”, Livan ordusunu isə “zəif” adlandırıb və bunun səbəbi kimi ciddi maliyyə və kadr çatışmazlığını göstərib.

O, Manama Dialoqu Forumunda çıxış edərək deyib: “Hizbullah Livan ordusundan daha çox maliyyə vəsaiti əldə edir. Bu, ölkədə güc balansının pozulduğunu göstərir.”

Barak İsrail və Livan arasında birbaşa dialoqun başlanmasını tələb edib və ABŞ-ın sərhəd razılaşmasına nail olmaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Bu çağırışlar fonunda İsrail cənubda beş Livan təpəsini hələ də işğal altında saxlayır. Bu yüksəkliklər 2024-cü ilin sentyabrında başlayan və genişmiqyaslı müharibəyə çevrilən son qarşıdurma zamanı ələ keçirilmişdi. Odur ki, istənilən danışıqlar artıq həmin torpaqların işğalı məsələsi ilə bağlıdır.

Son hadisələr - sərhəddə hərbi hazırıq, artan gərginlik və ABŞ təzyiqi - cənubun nə qədər həssas vəziyyətdə olduğunu göstərir.

Livan ordusu prezidentin əmri ilə İsrail müdaxiləsinə qarşı durmağa məcburdur, lakin resursları son dərəcə məhduddur.

İsrail isə bölgənin ən güclü ordusuna və nəhəng hərbi arsenalına malikdir – bu güclə Livan ordusunun açıq şəkildə qarşılaşmaq imkanları yoxdur.

Məqalədə: #İsrail ordusu #Livan ordusu #Hərbi əməliyyatlar #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Hərbi gərginlik #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Meys əl-Cəbəl #sərhəd razılaşması #cənub Livanı

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.