Pakistanın Baş naziri: Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır
Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir.
Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu
Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq.
Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm
Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm.
İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Qələbə Gününün beşinci ildönümü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib. Dost və qardaş ölkədə yerləşən bir çox mühüm binalar – Baş nazir ofisi, parlament və Pakistan Ali Məhkəməsi – Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.