İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır
İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən briqada generalı İbn ər-Rza müharibədən texnoloji baxımdan mühüm nəticələr çıxarıldığını bildirib. Onun sözlərinə görə, qarşıdurma İran üçün yeni təcrübələrin əldə edilməsinə imkan yaradıb. Müharibə zamanı qarşı tərəfin istifadə etdiyi üsulların öyrənildiyi bildirilir. İran əldə etdiyi məlumatlardan gələcək müdafiə imkanlarının inkişaf etdirilməsində istifadə etməyi planlaşdırır. İbn ər-Rza mümkün gələcək döyüşlər üçün uyğun sistemlərin hazırlandığını açıqlayıb. Yeni sistemlərin hazırlanmasında hazırkı müharibədən çıxarılan nəticələr nəzərə alınır. İran rəsmisi həmin sistemlərin texniki xüsusiyyətlərini açıqlamayıb. Bununla belə, Tehran müharibə təcrübəsinin gələcək hərbi hazırlıqda istifadə ediləcəyini bildirir.
Kəşfiyyatdan silaha - Mossadın keçmiş rəhbəri niyə ABŞ müdafiə şirkətinə keçdi?
İsrail kəşfiyyat qurumu Mossadın keçmiş rəhbəri David Barnea ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Ondas Defense”in qlobal rəhbəri və direktorlar şurasının sədri təyin olunub. Barneanın yeni vəzifəyə gətirilməsi müdafiə sənayesində kəşfiyyat və hərbi təcrübəyə əsaslanan yeni tendensiyanın göstəricisi kimi qiymətləndirilir. Şirkət keçmiş Mossad rəhbərinin beynəlxalq əlaqələrindən, təhlükəsizlik sahəsindəki təcrübəsindən və dövlət strukturları ilə qurduğu əlaqələrdən qlobal genişlənmə strategiyasında istifadə etməyi planlaşdırır.
ABŞ-dan İrana PUA cavabı: "Şahid" dronlarının oxşarı istehsal edildi
İrana qarşı müharibə başlayandan bəri ABŞ ordusu, İranın ABŞ-İsrail hücumuna cavab olaraq Körfəz ölkələrinə atdığı ucuz "Şahid" pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün az xərcli yollar axtarır.
NATO-nun hava hücumundan müdafiə sistemlərini ASELSAN yeniləyəcək
Türkiyənin müdafiə sənayesi lideri ASELSAN NATO ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinə (MANPADS) "Dost-Düşmən Tanıma" (IFF) qabiliyyəti qazandıracaq mühüm müqaviləyə imza atıb. NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) qlobal miqyasda artan hava təhdidlərinə qarşı müdafiənin effektivliyini artırmaq məqsədilə strateji seçim edib. Bu çərçivədə NATO inventarında olan MANPADS sistemlərinin modernizasiyası üçün ASELSAN-a üstünlük verilib.
İraq ABŞ-dan 100 milyon dollarlıq hərbi rabitə sistemi alıb
ABŞ Dövlət Departamentinin İraqa 100 milyon dollarlıq mümkün hərbi rabitə sistemi satışını təsdiqlədiyi bildirildi. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) İraqa mümkün hərbi rabitə sistemi satışına dair açıqlama yayıb. Açıqlamada, Dövlət Departamentinin İraqın komanda və nəzarət qabiliyyətinin artırılması üçün 100 milyon dollarlıq rabitə və radio sistemlərinin satışına icazə verdiyi qeyd edilib.