Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir
Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.
Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
Türküstan şəhərində keçirilən Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında Türk dünyasında elmi əməkdaşlığın inkişafı, birgə tədqiqat layihələrinin genişləndirilməsi və innovativ texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olub. İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər barədə məlumat verərək akademik mübadilənin və universitetlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji sahələrinin Azərbaycanın elm siyasətində mühüm yer tutduğunu bildirib. Toplantıda həmçinin Türk Akademiyasının gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib, elmi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı yeni təşəbbüslər müzakirə olunub. İclasın sonunda sədrliyin Qazaxıstana ötürülməsi və növbəti toplantının Qırğızıstanda keçirilməsi barədə qərar qəbul edilib.
TÜRKPA Baş katibi Türk Akademiyasının prezidenti ilə görüşüb
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə görüşüb.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Türk Akademiyasının 15 illik yubiley mərasimində iştirak edib
18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.