Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi
Səudiyyə Ərəbistanı Suriya Demokratik Qüvvələrinin (SDF) ölkənin hərbi təsisatlarına inteqrasiyasını alqışlayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu addımın Suriyada vətəndaşların təhlükəsizliyinin və sabitliyin təmin olunmasına töhfə verəcəyi bildirilib. Nazirlik Suriya hökumətinin ölkə xalqının istəklərini həyata keçirmək, milli birliyi gücləndirmək və inkişaf prosesini irəli aparmaq istiqamətində atdığı addımlara dəstəyi təsdiqləyib.
Suriyada Ələvilər etiraz aksiyası keçirib
Suriyanın sahil bölgəsi olan Lətakiya şəhərində yüzlərlə sakin Ələvi icmasına qarşı son günlər baş verən zorakılıq halları ilə əlaqədar etiraz aksiyası keçirib.