5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyada Ələvilər etiraz aksiyası keçirib

Suriyanın sahil bölgəsi olan Lətakiya şəhərində yüzlərlə sakin Ələvi icmasına qarşı son günlər baş verən zorakılıq halları ilə əlaqədar etiraz aksiyası keçirib.

25 Noyabr 2025 19:21
Suriyada Ələvilər etiraz aksiyası keçirib

BAKI, AzerVoice,Orxan Qədirzadə

Suriyanın sahil bölgəsi olan Lətakiya şəhərində yüzlərlə sakin Ələvi icmasına qarşı son günlər baş verən zorakılıq halları ilə əlaqədar etiraz aksiyası keçirib. AzerVoice xəbər verir ki, bu barədə AFP-nin bölgə müxbirləri məlumat yayıb.

Etirazçılar “Suriya xalqı birdir” və “Bütün dünyaya səslənirik: Ələvilər boyun əyməyəcək” şüarları səsləndiriblər. Şəhərdə təhlükəsizlik qüvvələri yerləşdirilsə də, aksiyaya müdaxilə olunmayıb.

Etirazlar keçmiş prezident Bəşər Əsədin keçmişdə əsas dayağı olan, Ələvi əhalinin çoxluq təşkil etdiyi sahil bölgələrində keçirilib. Xatırladaq ki, keçmiş liderin ötən ilin dekabrında İslamçı koalisiyanın hücumu ilə devrilməsindən sonra Ələvi icması bir sıra zorakı hücumların hədəfinə çevrilib. Mart ayında baş verən məzhəb zəminli hücumlarda yüzlərlə sakin qətlə yetirilmişdi.

Lətakiyadan əlavə, digər yaşayış məntəqələrində də aksiyaların keçirildiyi bildirilir. Bu, Əsəd rejiminin süqutundan sonra Ələvi bölgələrində təşkil olunan ən genişmiqyaslı etirazlar hesab edilir.

Etirazlar Suriyada Ali İslam Ələvi Şurasının sosial şəbəkələrdə yayımladığı çağırışdan sonra başlayıb. Bu çağırış Homs şəhərində bazar günü bir sünni bədəvi cütlüyünün qətlə yetirilməsi və hadisə yerində məzhəb yönümlü yazıların tapılması fonunda edilib. Hadisədən sonra Ələvilərin yaşadığı məhəllələrdə mağaza və evlərə hücumlar olub, daha sonra isə bölgədə komendant saatı tətbiq edilib. Hakimiyyət qətli “məzhəb xarakterli deyil, kriminal hadisə” olaraq qiymətləndirib.

Mart ayında Ələvilərin yaşadığı bölgələrdə baş verən məzhəb zorakılıqları nəticəsində rəsmi məlumata görə ən azı 1 426 nəfər həlak olmuşdu. Müstəqil müşahidəçilər isə ölənlərin sayının 1 700-dən çox olduğunu bildiriblər.

Məqalədə: #Suriyada Ələvilərə qarşı zorakılıqlardan sonra Lətakiyədə etirazlar #Lətakiyada yüzlərlə sakin məzhəb zorakılığına etiraz etdi #Suriyada gərginlik artır: Ələvi icması etiraz aksiyalarına başlayıb #Homsdakı qətllərdən sonra sahil bölgəsində etirazlar genişlənir #Suriyada məzhəb gərginliyi fonunda yeni etiraz dalğası #Suriyada Ələvi bölgələrində ən böyük etiraz dalğası #Lətakiyədə təhlükəsizlik qüvvələri fonunda kütləvi aksiya #Homsdakı qətllər Suriyada yeni gərginlik yaradıb #Латакия: протесты после нападений на алавитов #В Сирии усиливается межконфессиональная напряженность #Алавиты требуют безопасности и справедливости #Latakia Protests After Attacks on Alawite Community #Sectarian Tensions Rise in Syria Following Homs Killings #Hundreds Rally in Syria’s Coastal Region #Suriyada məzhəb gərginliyi #Ələvi icması etirazı #Lətakiya etiraz aksiyası #Homsda qətl hadisəsi #Suriyada sabitlik #məzhəb zorakılığı #Suriya sahil bölgəsi etirazlar #Suriya daxili gərginlik #Assad sonrası Suriya #Suriya vətəndaş etirazları #Suriyada Ələvi icmasına qarşı hücumların səbəbləri #Lətakiyədə etirazların genişlənməsinə təsir edən amillər #Homsdakı bədəvi cütlüyün qətli və məzhəb gərginliyi #Suriyada federal idarəetmə tələbləri #Əsədin devrilməsindən sonra məzhəb zorakılıqlarının artması #Suriya təhlükəsizlik qüvvələrinin Lətakiyədəki rolu

Mövzu üzrə digər xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraq

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır

16:55
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
Ərəb turizmi

İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir

15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub

15:42

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.