HƏMAS siyasi partiyaya çevrilməyi müzakirə edir
HƏMAS daxilində, xüsusilə Qəzza zolağından kənarda fəaliyyət göstərən liderlər arasında hərəkatın gələcək siyasi kursu ilə bağlı geniş müzakirələr başlayıb. Bu barədə “Aşarq əl-Avsat”a məlumat verən mənbələr bildiriblər ki, iki illik İsrail–HƏMAS müharibəsinin yaratdığı yeni reallıq təşkilatı öz strateji xəttinə yenidən baxmağa məcbur edir.