Yəməndə iqtisadi islahatlara Körfəz dəstəyi yenidən təsdiqlənib
Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi və Baş nazir Salim bin Bıreyk ölkənin iqtisadiyyatının bərpasında Körfəz ölkələrinin rolunun əhəmiyyətli olduğunu bildiriblər. Rəsmilər bunu Aden şəhərində Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Yəməndəki səfiri Sərhan əl-Minayxer ilə keçirilən görüşlərdə bildirib.