9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəməndə iqtisadi islahatlara Körfəz dəstəyi yenidən təsdiqlənib

Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi və Baş nazir Salim bin Bıreyk ölkənin iqtisadiyyatının bərpasında Körfəz ölkələrinin rolunun əhəmiyyətli olduğunu bildiriblər. Rəsmilər bunu Aden şəhərində Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Yəməndəki səfiri Sərhan əl-Minayxer ilə keçirilən görüşlərdə bildirib.

29 Noyabr 2025 21:13
Yəməndə iqtisadi islahatlara Körfəz dəstəyi yenidən təsdiqlənib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi və Baş nazir Salim bin Bıreyk ölkənin iqtisadiyyatının bərpasında Körfəz ölkələrinin rolunun əhəmiyyətli olduğunu bildiriblər. AzerVoice xəbər verir ki, rəsmilər bunu Aden şəhərində Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Yəməndəki səfiri Sərhan əl-Minayxer ilə keçirilən görüşlərdə bildirib.

Görüşlərdə islahatların gedişi, ölkədəki iqtisadi vəziyyət və Yəmən rialının son günlərdə sabitləşməsi müzakirə olunub. Əl-Alimi qeyd edib ki, maliyyə və monetar sahədə əldə edilən irəliləyişlərin davam etməsi üçün Körfəz dövlətlərinin dəstəyi vacibdir. O, KƏŞ-in Yəmənin konstitusion legitimliyinə uzun illər göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Baş nazir Bin Bıreyk də bildirib ki, Yəmən “çətin şəraitə baxmayaraq” iqtisadi və institusional islahatlara davam edir və bu prosesdə Körfəz ölkələrinin yardımı mühüm əhəmiyyət daşıyır.

KƏŞ səfiri Minayxer Şura baş katibi Casim əl-Budeyvinin salamlarını çatdıraraq Körfəz ölkələrinin Yəmənin islahat proqramına tam dəstək verdiyini vurğulayıb. O, islahatların ilk nəticələrinin “ümidverici” olduğunu qeyd edib.

Tərəflər həmçinin enerji sektorunda əməkdaşlıq imkanlarını, elektrik infrastrukturunun yenilənməsi və dayanıqlı enerji layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Məqalədə: #Körfəz ölkələri Yəmənin islahatlarına dəstəyi yeniləyib #Aden görüşlərində Yəmən iqtisadiyyatının bərpası müzakirə edilib #Əl-Alimi: Körfəz dəstəyi Yəmən üçün həyati əhəmiyyət daşıyır #KƏŞ Yəmən rialının sabitləşməsinə dəstəyini təsdiqləyib #Bin Bıreyk: İslahatlar çətin şəraitdə davam edir #Aden enerji konfransının nəticələri yenidən gündəmdədir #Körfəz ölkələri Yəmənə iqtisadi yardımını artırır #KƏŞ səfiri: İslahatların ilkin nəticələri ümidvericidir #Yəmən enerji sektorunda Körfəz əməkdaşlığı genişlənir #Yəmən hökuməti islahatların davamlılığını təmin etməyə çalışır #Yəmən iqtisadiyyatında bərpa: Körfəz dəstəyi nəyi dəyişir? #Aden görüşləri Yəmən islahatlarına yeni təkan verir #Körfəz ölkələri Yəmənə niyə bu qədər önəm verir? #Yəmən rialının möhkəmlənməsinin səbəbləri #Enerji sahəsində Yəmən–KƏŞ əməkdaşlığında yeni mərhələ

Mövzu üzrə digər xəbərlər

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.