Türkiyədə xəstəxana binasının yenilənməsi üçün tender elan edilib
Türkiyənin Giresun şəhərində yerləşən Giresun Səhiyyə İdarəsi tabeliyində olan Dr. Ali Menekşe Sinə Xəstəlikləri Xəstəxanası üçün bina-təmir işləri üzrə açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 45 gün təşkil edir.
Tüekiyədə dövlət xəstəxanalarında genişmiqyaslı təmir işləri aparılacaq
Giresun Səhiyyə İdarəsi bölgədə yerləşən bir neçə dövlət xəstəxanasında aparılacaq 7 hissədən ibarət təmir və bərpa işləri üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 270 gün təşkil edir.
Türkiyə bələdiyyəsi 1 milyon litrə yaxın yanacaq alacaq
Girəsun Bələdiyyəsi 950 min litr dizel və 40 min litr 95 oktan benzin alınması üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.
İBB-yə qarşı korrupsiya əməliyyatında 24 şübhəli məhkəməyə göndərilib
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində Əziz İhsan Aktaş cinayətkar təşkilatına qarşı İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresun şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlarda saxlanılan 24 nəfər məhkəməyə təqdim edilib.