BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb
BMT Təhlükəsizlik Şurasının dekabr ayı üzrə sədri, Sloveniya nümayəndəsi Samuel Zboqar cümə axşamı Suriyaya səfər edən Şura nümayəndə heyətinin missiyasının məqsədini açıqlayıb. Onun sözlərinə görə, Suriya və beynəlxalq ictimaiyyət arasında etimadı yenidən qurmaq bu səfərin əsas hədəfidir. Missiya region üzrə geniş proqramın bir hissəsidir və növbəti mərhələdə Livanı da əhatə edəcək.