Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) Livanın cənubunda patrul xidməti həyata keçirən sülhməramlıların yerləşdiyi mövqelərin yaxınlığına iki dəfə atəş açıldığını açıqlayıb. UNIFIL hücumun mənbəyinin ehtimal ki, İsrail ordusu olduğunu bildirib. UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli “X” sosial media platforması üzərindən yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, bu gün Livanın cənubundakı Nəbatiyyə vilayətinin Kəfər Şuba qəsəbəsində rutin patrul xidməti yerinə yetirən sülhməramlıların təxminən 50 metr yaxınlığına yüngül silahlardan atəş açılıb.
BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb
BMT Təhlükəsizlik Şurasının nümayəndə heyəti Livana səfəri çərçivəsində bütün tərəfləri İsrail və “Hizbullah” arasında ötən il əldə olunan atəşkəsə riayət etməyə çağırıb və ölkədə silahların yalnız dövlətin nəzarətində olmasının vacibliyini vurğulayıb.