Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti
Livan Prezidenti Cozef Aun ölkəsinin Suriya ilə quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsinə hazır olduğunu bəyan edib. Prezident administrasiyasının yaydığı məlumata görə, Aun bu açıqlamanı Beyrutun şərqində yerləşən Baabda Prezident Sarayında “Azadlıq uğrunda Jurnalistlər Assosiasiyası”nın nümayəndə heyətini qəbul edərkən səsləndirib.