Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət birgə heyət təcili missiya ilə Yəmənin müvəqqəti paytaxtı Ədənə gəlib. Heyətin əsas məqsədi Cənub Keçid Şurasının (STC) qüvvələrinin Hədrəməvt və Əl-Məhra vilayətlərindən çıxarılması və onların Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının birbaşa nəzarəti altında əvvəlki təhlükəsizlik qüvvələrinin tabeliyinə qaytarılması üçün icra mexanizmlərinin hazırlanmasıdır.