10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət birgə heyət təcili missiya ilə Yəmənin müvəqqəti paytaxtı Ədənə gəlib. Heyətin əsas məqsədi Cənub Keçid Şurasının (STC) qüvvələrinin Hədrəməvt və Əl-Məhra vilayətlərindən çıxarılması və onların Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının birbaşa nəzarəti altında əvvəlki təhlükəsizlik qüvvələrinin tabeliyinə qaytarılması üçün icra mexanizmlərinin hazırlanmasıdır.

13 Dekabr 2025 09:55
Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir


BAKI,AzerVoice, Nailə Babazadə

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət birgə heyət təcili missiya ilə Yəmənin müvəqqəti paytaxtı Ədənə gəlib. Heyətin əsas məqsədi Cənub Keçid Şurasının (STC) qüvvələrinin Hədrəməvt və Əl-Məhra vilayətlərindən çıxarılması və onların Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının birbaşa nəzarəti altında əvvəlki təhlükəsizlik qüvvələrinin tabeliyinə qaytarılması üçün icra mexanizmlərinin hazırlanmasıdır.

AzerVoice xəbər verir ki, məlumata görə, heyət gərginlikdən əvvəl mövcud olan vəziyyətin bərpa edilməsi üçün mövqelərin Milli Qalxan Qüvvələrinə təhvil verilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

Bu addım Səudiyyə Ərəbistanının Yəmənin şərqində yaranmış gərginliyin aradan qaldırılması istiqamətində apardığı intensiv səylərin tərkib hissəsi kimi qiymətləndirilir. Ərəb Koalisiyası Hədrəməvtdə STC tərəfindən həyata keçirilən birtərəfli tədbirləri rədd edir və bu addımları yeni status-kvonun yaradılması, eləcə də vilayətin sülh və sabitliyini təhdid edən daxili qarşıdurmaya sürüklənməsi cəhdi kimi dəyərləndirir.

Mənbələrin “Əş-Şərq əl-Əvsət” qəzetinə bildirdiyinə görə, birgə heyətin Ədənə gəlişi Ər-Riyadın Yəmənin qanuni institutları daxilində etimadsızlıq yarada və ya parçalanmanı dərinləşdirə biləcək istənilən fəaliyyəti qəti şəkildə qəbul etmədiyini bir daha nümayiş etdirir.

Məqalədə: #BƏƏ #Səudiyyə Ərəbistanı #Yəmən #Ərəb Koalisiyası #Səudiyyə rəhbərliyi #Riyadın mövqeyi #Yəməndə eskalasiya

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.