İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir
İşğal altındakı İordan çayının qərb sahilində 4–11 dekabr tarixləri arasında 1 608 zeytun ağacı məhv edilib. Bu barədə Fələstin Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkədə yaydığı hesabatda bildirilir. Hesabata görə, sözügedən dövrdə fələstinli fermerlərə qarşı hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, İsrail hərbçiləri və məskunlaşanlar müxtəlif rayonlarda əkin sahələrinə zərər yetirib. Məhv edilən ağaclardan 477-si İordan çayının qərb sahilinin cənubunda yerləşən əl-Xəlil (Hebron) şəhərinin payına düşür.