5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

İşğal altındakı İordan çayının qərb sahilində 4–11 dekabr tarixləri arasında 1 608 zeytun ağacı məhv edilib. Bu barədə Fələstin Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkədə yaydığı hesabatda bildirilir. Hesabata görə, sözügedən dövrdə fələstinli fermerlərə qarşı hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, İsrail hərbçiləri və məskunlaşanlar müxtəlif rayonlarda əkin sahələrinə zərər yetirib. Məhv edilən ağaclardan 477-si İordan çayının qərb sahilinin cənubunda yerləşən əl-Xəlil (Hebron) şəhərinin payına düşür.

14 Dekabr 2025 02:00
İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir


BAKI, AzerVoice, Orxan Qədirzadə

İşğal altındakı İordan çayının qərb sahilində 4–11 dekabr tarixləri arasında 1 608 zeytun ağacı məhv edilib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkədə yaydığı hesabatda bildirilir.

Hesabata görə, sözügedən dövrdə fələstinli fermerlərə qarşı hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, İsrail hərbçiləri və məskunlaşanlar müxtəlif rayonlarda əkin sahələrinə zərər yetirib. Məhv edilən ağaclardan 477-si İordan çayının qərb sahilinin cənubunda yerləşən əl-Xəlil (Hebron) şəhərinin payına düşür.

Nazirliyin məlumatında qeyd olunur ki, hücumlar zamanı buldozerlərlə sahələr dağıdılıb, ağaclar kökündən çıxarılıb, suvarma şəbəkəsinin yüzlərlə metri sıradan çıxarılıb, kənd təsərrüfatı avadanlıqları oğurlanıb və zeytun yığım mövsümündə fermerlərin sahələrə çıxışı əngəllənib.

Eyni dövrdə İsrail ordusunun İordan çayının qərb sahilinin müxtəlif ərazilərində yüzlərlə çadırın sökülməsi barədə bildirişlər yaydığı, həmçinin onlarla hektar kənd təsərrüfatı torpağının müsadirə edildiyi vurğulanır.

Hesabatda hücumların əsasən kənd təsərrüfatı torpaqlarına və meyvə ağaclarına yönəldiyi, bunun isə getdikcə daha aqressiv məskunlaşma siyasətini əks etdirdiyi bildirilir. Dəymiş zərərin təxminən 1 milyon 335 min ABŞ dolları həcmində olduğu qeyd olunur.

Nazirlik xəbərdarlıq edir ki, davam edən pozuntular Fələstinin ərzaq təhlükəsizliyini təhdid edir və xüsusilə zeytun sektoruna məxsus torpaqların ələ keçirilməsinə yönəlib.

Məqalədə: #İşğal altındakı İordan çayının qərb sahilində bir həftədə 1 608 zeytun ağacı məhv edilib #Fələstin: Zeytun sahələrinə hücumlar ərzaq təhlükəsizliyini təhdid edir #Qərb sahilində kənd təsərrüfatına zərər: itkilər 1 #3 milyon dolları ötür #На оккупированном Западном берегу за неделю уничтожено 1608 оливковых деревьев #Палестина заявляет об угрозе продовольственной безопасности #Ущерб сельскому хозяйству Западного берега превысил $1 #608 olive trees destroyed in a week in the occupied West Bank #Palestine warns of food security risks amid attacks on farmland #Damage to West Bank agriculture estimated at $1.3 million

Mövzu üzrə digər xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

14:10
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

11:51
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.