İstanbul Hava Limanı Avropa reytinqində lider mövqeyini qoruyur
İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib
Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.
İstanbul Hava Limanı qlobal bağlantıda lider olub
Beynəlxalq Hava Limanları Şurası (ACI EUROPE) tərəfindən yayımlanan “2025 Hava Limanı Sənayesi Bağlantısı Hesabatı”na əsasən, İstanbul Hava Limanı qlobal bağlantı göstəricilərinə görə dünya lideri seçilib.