İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib
İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tuku şəhərində keçirilən reyd zamanı fələstinli yeniyetməni güllələyərək öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Beyt-Ləhm şəhərinin cənubunda yerləşən Tuku qəsəbəsində hərbi əməliyyat həyata keçirib. Reyd zamanı israilli hərbçilər tərəfindən açılan atəş nəticəsində 17 yaşlı Əmmar Yasir əs-Sabah həyatını itirib.