Şimali Koreyanın Çin sərhədində gizli raket bazası aşkarlanıb
Məlumata əsasən, bazada bir briqada gücündə hərbi hissə yerləşdirilib. Onlar altı–doqquz ədəd nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket və onların mobil buraxılış qurğuları ilə silahlanıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu raketlər həm Şərqi Asiya ölkələri, həm də ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.
Kim Çen nüvə gücünü artıracağına söz verib
Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreya ordularının ortaq hərbi təlimlərini kəskin tənqid edərək, ölkəsinin nüvə gücünü daha da genişləndirəcəyini bəyan edib.
Şimali Koreya lideri nüvə silahlanmasının sürətləndirilməsinə dair çağırış edib
, Kim ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimlərini ölkəsinə qarşı “düşmən mövqeyi” adlandıraraq, təhlükəsizlik baxımından nüvə arsenalının sürətləndirilməsinin vacibliyini vurğulayıb. KCNA-nın məlumatına görə, Kim ölkənin 5 min ton ağırlığında Choe Hyon gəmisinin silah sistemi sınaqlarını yoxlayıb. ABŞ və Cənubi Koreya isə Şimali Koreyanın təhdidlərinə cavab olaraq illik müdafiə təlimlərinə başlayıb.Təlimlərin avqustun 28-dək davam edəcəyi bildirilir.
Putin və Kim Çen In strateji tərəfdaşlıq imkanlarını müzakirə edib
Kreml Sarayının açıqlamasına görə, tərəflər ikitərəfli münasibətləri və 2024-cü ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər. Putin, Kimi Koreyanın Yaponiyadan azad edilməsinin 80-ci ildönümü münasibətilə təbrik edib və Kursk bölgəsinin Ukrayna qüvvələrindən azad olunması prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin Kimi 15 avqustda ABŞ prezidenti Donald Trampla gözlənilən görüşü barədə məlumatlandırıb.
Kim Çen In Rusiyanın Ukrayna siyasətinə şərtsiz dəstək vəd edib
Şimali Koreya Rusiyaya “şərtsiz dəstək” təklif edir
Çoxmillətli qərargah ideyasını ciddi qəbul etmirik - Lavrov
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ukraynanın müdafiəsi üçün çoxmillətli hərbi qüvvələrə qərargah yaradılması ideyasını “fantaziya” adlandırıb.
Şimali Koreyadan qaçan şəxs Kim Çen Inı məhkəməyə verir
Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı Seulda məhkəmə iddiası qaldıracaq.