Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp bu il Şimali Koreya rəhbəri Kim Çen Inla görüşəcəyini açıqlayıb. Tramp görüşün vaxtı və keçiriləcəyi yer barədə məlumat verməyib. ABŞ prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bir daha vurğulayıb. O, Şimali Koreyanın nüvə imkanlarından da danışaraq Pxenyanın 57 nüvə silahına malik olduğunu iddia edib. Tramp son günlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması barədə göstəriş verib. Pxenyan isə bu addımın ABŞ-yə münasibətini dəyişmədiyini bildirib. Kim Yo Çjon buna baxmayaraq, qardaşının Trampla bağlı yaxşı xatirələrinin qaldığını açıqlayıb. Tramp və Kim Çen In arasında mümkün yeni görüş iki ölkə arasında uzun müddətdir dayanmış yüksək səviyyəli danışıqların yenidən başlanmasına yol aça bilər.
Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin hərbi-dəniz qüvvələrinə 10 min tonluq yeni esmines inşa etməyi və məxfi sualtı silah sistemləri hazırlamağı tapşırıb. Qərar Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pxenyana planlaşdırılan səfəri ərəfəsində açıqlanıb. Ölkənin rəsmi "Rodonq Sinmun" qəzetinin məlumatına görə, Kim Çen In cümə axşamı keçirilən hərbi-dəniz sınaqlarına şəxsən nəzarət edib. O, 5 min tonluq "Kanq Kon" esminesinə qalxaraq gəmi ilə tanış olub, həmçinin digər 5 min tonluq hərbi gəmi olan "Çoe Hyon"u müşahidə edib.
Kim Çen In nüvə proqramını genişləndirəcək
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsində silah istehsalı üçün yararlı nüvə materiallarının həcminin son beş ildə iki dəfədən çox artdığını bəyan edib. Məlumata görə, Kim Çen In bu açıqlamanı yaxın vaxtlarda istismara verilmiş nüvə materialları istehsalı müəssisəsinə baxış zamanı səsləndirib. O bildirib ki, ölkənin nüvə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Şimalda zühur edəcək güclü qadın Kimdir...
Təxminən səkkiz onillik ərzində Şimali Koreya hakimiyyətin ata xətti ilə ötürülməsinin sərt və dəyişməz modelinə sadiq qalıb. Mütləq hakimiyyət atadan oğula keçərək kişilərin üstünlük təşkil etdiyi, dəyişdirilməsi qeyri-mümkün görünən ənənəvi bir iyerarxiyanı möhkəmləndirib. Lakin Kim Çen Inın yeniyetmə qızı Kim Çu Enin görünməmiş şəkildə ictimaiyyət qarşısına çıxması bu sistemin sarsılması ehtimalına qapı açır. 2026-cı ilin əvvəlində rəsmi media onu partiya və ordunun yüksək rütbəli rəsmilərinin hüzurunda snayper tüfəngindən atəş açarkən nümayiş etdirdi, ardınca isə martın 19-da taktiki təlim zamanı yeni döyüş tankını idarə edərkən göstərdi.
"Kimçenizm" Erası: İsveçrə təhsilindən nüvə güclü generalissimusa gedən yol
Kim Çen In (김정은, 金正恩) 8 yanvar 1982-ci ildə Koreya Xalq Demokratik Respublikasında, Pxenyanda anadan olub. O, Şimali Koreyanın siyasi, dövlət, hərbi və partiya xadimidir. Kim 2016-cı ildən KXDR Dövlət Şurasının sədridir və 2019-cu ildə bu vəzifəyə yenidən seçilib. Kim Çen In hakimiyyətə gəlməzdən əvvəl nadir hallarda ictimaiyyət qarşısında görünürdü. O, 2011-ci ildə atası Şimali Koreya lideri Kim Çen İri əvəzləyib. Kim Çen Inın hakimiyyəti raket və nüvə silahlarının davamlı inkişafı, kosmik peyklərin buraxılması, iqtisadi islahatlar, Çin Xalq Respublikası ilə dostluq əlaqələrinin inkişafı, eləcə də Cənubi Koreya və Qərb ölkələri ilə münasibətlərdə dalğalanmalarla yadda qalıb.
Şimali Koreya hipersəsli raket sınağı ilə nüvə çəkindirməsini gücləndirir
Şimali Koreya lideri Kim Çen Inın dünən paytaxt Pxenyanda izlədiyi təlimdə hipersəsli raketin buraxıldığı bildirilib. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya ordusuna bağlı “böyük atəş gücü hücum qrupuna” daxil olan alt bölmə “ölkənin müharibə çəkindirmə qabiliyyətini və silah sistemlərinin hazırlıq səviyyəsini sınaqdan keçirmək məqsədilə” dünən raket buraxılışı üzrə təlim keçirib. Kim Çen Inın şəxsən nəzarət etdiyi təlim zamanı hipersəsli raket Pxenyandan şimal-şərq istiqamətinə buraxılıb və Yapon dənizindəki (Şərq dənizi) hədəfləri 1000 kilometr məsafədən vurub.
ABŞ nüvə silahlarından imtina tələbini gündəmdən çıxarmalıdır - Kim Çen
Şimali Koreya lideri Kim Çen İn, uzun müddətdir dayandırılmış diplomatik danışıqların bərpası üçün ABŞ-a çağırış edərək, “nüvə silahlarından imtina tələbini” ön şərt olaraq qaldırmamağa dəvət edib. Kim Çen İn, Cənubi Koreya ilə dialoqa qayıtmaq niyyətində olmadığını vurğulayıb.
Kim Çen In ilk dəfə çox tərəfli diplomatik tədbirdə iştirak edib
Şimali Koreya liderinin 12 yaşında olduğu təxmin edilən qızı Kim Cu Ae də nümayəndə heyətində yer alıb. Onun dünya liderlərinin iştirak etdiyi toplantıda görünməsi beynəlxalq mediada “Kim-in varisi” kimi qiymətləndirilib. Heyətdə həmçinin Xarici işlər naziri Çoe Son-hui və digər yüksək vəzifəli şəxslər də iştirak edib.
Koreya yarımadasında gərginlik azalır
Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq məqsədilə “Azadlıq səsi” radio proqramının yayımını dayandırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, yayım günün əvvəlində tamamilə dayandırılıb və bu, 2010-cu ildən bəri ilk belə addımdır. Radio proqramında K-pop mahnıları ilə yanaşı, Şimali Koreya ilə bağlı xəbərlər, o cümlədən Pxenyanın Rusiyaya qoşun göndərməsi kimi hadisələr haqqında məlumatlar yayımlanırdı.
Tramp tənqidlərə cavab verdi - Mən diktator deyiləm
Tramp, təxminən 80 dəqiqəlik konfransda immiqrasiya və təhlükəsizlik siyasətlərinə görə tənqidlərə məruz qalıb. Milli Qvardiyanın Vaşinqton küçələrinə yerləşdirilməsini müdafiə edərək, “Məni respublikaya hücumda ittiham edirlər, halbuki təbrik etməlidirlər,” - deyə o bildirib. O, Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” kimi dəyişdirmək planını açıqlayıb və bunun “qələbə tarixi” daşıdığını qeyd edib.
Tramp bu il ərzində Çinə səfər etməyi planlaşdırır
ABŞ prezidenti Donald Tramp bu il ərzində və ya qısa müddət sonra Çinə səfər etməyi planlaşdırır. Bu barədə Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Çox ehtimal ki, bu il ərzində və ya tezliklə Çinə səfər edəcəyik” – deyə, D.Tramp bildirib.
ABŞ Koreya yarımadasına F-35 qırıcıları yerləşdirib - Gərginlik artır
Yonhap agentliyinin məlumatına görə, avqustun 18-də başlayan və Şimali Koreyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə hazırlığını gücləndirməyi hədəfləyən illik təlim davam edir. ABŞ rəsmisinin açıqlamasına əsasən, 10 ədəd F-35 müvəqqəti olaraq Seulun cənubundakı Kunsan Hava Bazasına yerləşdirilib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusuna təyin edilib. Onların əsas vəzifəsi əks hava manevrlərində iştirak və regionda mümkün təhlükələrə qarşı birgə hazırlığın artırılmasıdır.