13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Koreya yarımadasında gərginlik azalır

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq məqsədilə “Azadlıq səsi” radio proqramının yayımını dayandırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, yayım günün əvvəlində tamamilə dayandırılıb və bu, 2010-cu ildən bəri ilk belə addımdır. Radio proqramında K-pop mahnıları ilə yanaşı, Şimali Koreya ilə bağlı xəbərlər, o cümlədən Pxenyanın Rusiyaya qoşun göndərməsi kimi hadisələr haqqında məlumatlar yayımlanırdı.

1 Sentyabr 2025 11:22
Koreya yarımadasında gərginlik azalır

BAKI, AzerVoice, Nərmin Ağayeva

Cənubi Koreya 15 ildə ilk dəfə Şimali Koreyaya istiqamətlənmiş “Azadlıq səsi” radio yayımlarını dayandırıb.

AzerVoice xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq məqsədilə “Azadlıq səsi” radio proqramının yayımını dayandırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, yayım günün əvvəlində tamamilə dayandırılıb və bu, 2010-cu ildən bəri ilk belə addımdır. Radio proqramında K-pop mahnıları ilə yanaşı, Şimali Koreya ilə bağlı xəbərlər, o cümlədən Pxenyanın Rusiyaya qoşun göndərməsi kimi hadisələr haqqında məlumatlar yayımlanırdı.

Bu radio yayımı 2010-cu ildə Şimali Koreyanın Cənubi Koreyanın “Cheonan” hərbi gəmisinin batırılmasında iştirak etdiyi iddialarından sonra yenidən bərpa edilmişdi. Yeni prezident Li Jae-myungun vəzifəyə gəlişindən sonra Seul hökuməti gərginliyi azaltmaq üçün səsgücləndiricilərdən istifadə edilən təbliğat kampaniyalarını da dayandırıb. Bu addıma cavab olaraq Şimali Koreya da sərhəddəki təbliğat fəaliyyətlərini məhdudlaşdırdığı iddia edilsə də, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq bu iddiaları yalanlayaraq, ölkəsinin “təbliğat səsgücləndiricilərini” yığışdırmadığını bəyan edib.

Qeyd edək ki, Cənubi Koreyanın bu addımı Şimali Koreya ilə münasibətləri normallaşdırmaq və Koreya yarımadasında sülhü təşviq etmək məqsədi ilə atılıb, lakin Şimali Koreyanın cavabı gərginliyin tam aradan qalxmadığını göstərir.

Məqalədə: #Cənubi Koreya #Şimali Koreya #Kim Çen In #Seul #sülh #Şimali Koreya və Cənubi Koreya mübarizəsi #Cənubi Koreya hökuməti

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.