5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Şimali Koreyadan qaçan şəxs Kim Çen Inı məhkəməyə verir

Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı Seulda məhkəmə iddiası qaldıracaq.

10 İyul 2025 15:44
Şimali Koreyadan qaçan şəxs Kim Çen Inı məhkəməyə verir

BAKI, AzerVoice

Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı Seulda məhkəmə iddiası qaldıracaq.

AzerVoice xəbər verir ki, Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan Çoi Min Kyunq adlı vətəndaş Şimali Koreya lideri Kim Çen Ina qarşı insan hüquqlarının pozulması ilə bağlı Seul Mərkəzi Dairə Məhkəməsində məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Bu barədə məlumat Şimali Koreya İnsan Haqları Məlumat Mərkəzi (NKDB) tərəfindən yayımlanan açıqlamada yer alıb.

Açıqlamaya görə, Çoi 1997-ci ildə ilk dəfə Çinə qaçıb, lakin 2008-ci ildə Şimali Koreyaya geri göndərildikdən sonra 5 ay ərzində müxtəlif saxlama mərkəzlərində fiziki və psixoloji zorakılıqlara məruz qalıb.

NKDB bildirir ki, Çoi saxlandığı müddətdə döyülüb, cinsi təcavüzə uğrayıb, düzgün qidalanmayıb və tibbi yardımdan məhrum edilib. O, bu hadisələrə görə Şimali Koreya liderini və bəzi məmurları məsuliyyətli sayır.

İddia Seul Mərkəzi Dairə Məhkəməsində qaldırılacaq və paralel olaraq Seul Mərkəzi Prokurorluğuna cinayət işi üzrə müraciət ediləcək.

Qeyd edək ki, bu, Cənubi Koreyada Şimali Koreya rəhbərinə qarşı açılacaq ilk belə iddia olacaq. Hüquq müdafiəçiləri bu hadisəni insan haqları pozuntularına qarşı beynəlxalq hüquqi mübarizədə əlamətdar addım kimi dəyərləndirirlər.

Məqalədə: #Cənubi Koreya #Şimali Koreya #Kim Çen In #məhkəmə #cinayət işi #Beynəlxalq hüquq pozuntuları #İnsan hüquqları pozuntuları

Mövzu üzrə digər xəbərlər

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
ArabAZ təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb
Cəmiyyət

Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

29 Avqust 20:54
Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır
Fələstin

Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

28 Avqust 18:05
Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır
Digər Dövlətlər

Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır

19 Avqust 21:03

Son Xəbərlər

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
20:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.