Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb
Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull İsrailin baş naziri Benyamin Netanyahunun Avstraliyanın daxili siyasəti ilə bağlı açıqlamalarını tənqid edərək onu bu cür mövqedən çəkinməyə çağırıb. Ternbull Netanyahunun Avstraliyanın Fələstin dövlətini tanıması qərarını Bondi-Biçdə baş verən silahlı hücumla əlaqələndirməsinə münasibət bildirib. Sabiq baş nazir bu fikirlərin qəbuledilməz olduğunu deyib.