5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull İsrailin baş naziri Benyamin Netanyahunun Avstraliyanın daxili siyasəti ilə bağlı açıqlamalarını tənqid edərək onu bu cür mövqedən çəkinməyə çağırıb. Ternbull Netanyahunun Avstraliyanın Fələstin dövlətini tanıması qərarını Bondi-Biçdə baş verən silahlı hücumla əlaqələndirməsinə münasibət bildirib. Sabiq baş nazir bu fikirlərin qəbuledilməz olduğunu deyib.

16 Dekabr 2025 21:18
Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull İsrailin baş naziri Benyamin Netanyahunun Avstraliyanın daxili siyasəti ilə bağlı açıqlamalarını tənqid edərək onu bu cür mövqedən çəkinməyə çağırıb.

AzerVoice-un məlumatına görə, Ternbull Netanyahunun Avstraliyanın Fələstin dövlətini tanıması qərarını Bondi-Biçdə baş verən silahlı hücumla əlaqələndirməsinə münasibət bildirib. Sabiq baş nazir bu fikirlərin qəbuledilməz olduğunu deyib.

Xatırladaq ki, bazar günü axşam saatlarında yəhudi Hanuka bayramı münasibətilə keçirilən tədbir zamanı ata və oğulun açdığı atəş nəticəsində 15 nəfər həlak olub. Hadisədən sonra Netanyahunun sözlərinə görə, Avstraliyanın bu ilin əvvəlində Fələstin dövlətini tanıması antisemitizmin artmasına şərait yaradıb.

Böyük Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində Malkolm Ternbull bildirib ki, İsrail baş nazirinin bu cür şərhləri vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, Avstraliyanın daxili siyasi qərarları ölkənin öz səlahiyyətidir və xarici liderlərin bu məsələlərə müdaxiləsi doğru deyil.

Ternbull, həmçinin hazırkı baş nazir Entoni Albanizenin rəhbərlik etdiyi hökumətin avqust ayında Fələstin dövlətini tanıması qərarını dəstəklədiyini vurğulayıb və bu addımın Qəzza müharibəsi fonunda beynəlxalq ictimaiyyətin artan təzyiqləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.

Öz növbəsində, Entoni Albanize də Netanyahunun iddialarını rədd edərək bildirib ki, dünya ölkələrinin böyük əksəriyyəti Yaxın Şərqdə iki dövlətli həlli dəstəkləyir. O, Bondi hadisəsindən sonra milli birlik çağırışı edib və yəhudi icmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Baş nazir, həmçinin hücum zamanı silahlı şəxslərdən birini zərərsizləşdirən və qəhrəman kimi qiymətləndirilən Əhməd əl-Əhmədin xəstəxanada vəziyyəti ilə maraqlandığını bildirib. 2006-cı ildə Suriyadan Avstraliyaya köçən mağaza sahibi hazırda müalicəsini davam etdirir.

Albanizenin sözlərinə görə, hücumu törədən Sajid Əkrəm və oğlu Nəvidin İŞİD ideologiyasının təsiri altında olduğu müəyyən edilib.

Məqalədə: #Ternbull Netanyahunun Avstraliya siyasətinə müdaxiləsini tənqid edib #Avstraliyanın sabiq baş naziri İsrail liderinə sərt mesaj verdi #Fələstinin tanınması ətrafında Avstraliya–İsrail polemikası #Бывший премьер Австралии призвал Нетаньяху не вмешиваться во внутреннюю политику #Тернбулл раскритиковал заявления премьера Израиля #Австралия отвергла связь политики по Палестине с атакой в Бонди #Australia’s former PM tells Netanyahu to stay out of domestic politics #Turnbull criticizes Netanyahu’s remarks on Palestine recognition #Australia rejects link between Bondi attack and Palestine policy

Mövzu üzrə digər xəbərlər

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İran

İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib

11:52
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.