Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib
Çinin yeni aviadaşıyan gəmisi “Fuçzyan” istismara verildiyi 7 noyabr tarixindən sonra ilk dəfə Tayvan boğazından keçid edib. Tayvan Müdafiə Nazirliyinin yaydığı açıqlamada aviadaşıyanın boğazdan keçdiyi təsdiqlənib və hadisə ilə bağlı fotoşəkil paylaşılıb. F-16 qırıcısından çəkilən görüntüdə gəminin göyərtəsində heç bir uçuş aparatının olmadığı görünür.