14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

Çinin yeni aviadaşıyan gəmisi “Fuçzyan” istismara verildiyi 7 noyabr tarixindən sonra ilk dəfə Tayvan boğazından keçid edib. Tayvan Müdafiə Nazirliyinin yaydığı açıqlamada aviadaşıyanın boğazdan keçdiyi təsdiqlənib və hadisə ilə bağlı fotoşəkil paylaşılıb. F-16 qırıcısından çəkilən görüntüdə gəminin göyərtəsində heç bir uçuş aparatının olmadığı görünür.

17 Dekabr 2025 19:56
Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Çinin yeni aviadaşıyan gəmisi “Fuçzyan” istismara verildiyi 7 noyabr tarixindən sonra ilk dəfə Tayvan boğazından keçid edib.

AzerVoice xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin yaydığı açıqlamada aviadaşıyanın boğazdan keçdiyi təsdiqlənib və hadisə ilə bağlı fotoşəkil paylaşılıb. F-16 qırıcısından çəkilən görüntüdə gəminin göyərtəsində heç bir uçuş aparatının olmadığı görünür.

Tayvanın müdafiə naziri Vellinqton Ku Li-syun bildirib ki, ölkənin silahlı qüvvələri gəminin hərəkətini yaxından izləyib və keçid zamanı hərbi məqsədli fəaliyyət əlaməti aşkar etməyib. Onun sözlərinə görə, mövcud ehtimala əsasən, aviadaşıyan texniki baxım üçün Şanxaydakı tərsanəyə qayıdır.

Çin tərəfi gəminin hərəkəti ilə bağlı rəsmi açıqlama verməyib.

“Fuçzyan” Cənubi Çinin eyniadlı əyalətinin adını daşıyır. Gəmi 17 iyun 2022-ci ildə Şanxaydakı Jianqnan tərsanəsində suya buraxılıb və 40 ay sonra – 7 noyabrda Haynan adasındakı hərbi-dəniz bazasında keçirilən mərasimlə istismara qəbul edilib.

“Lyaonin” və “Şandun”dan sonra Çin donanmasının tərkibinə daxil edilən üçüncü aviadaşıyan olan “Fuçzyan”, tamamilə yerli layihə və istehsal hesab olunur.

Gəmi Çinin elektromaqnit katapult sistemi ilə təchiz edilmiş ilk aviadaşıyanıdır. Bu texnologiya təyyarələrin daha güclü start götürməsinə və nəzarətli enişinə imkan verir. “Fuçzyan”ın istismara verilməsi ilə Çin bu texnologiyadan istifadə edən ABŞ-dan sonra ikinci ölkə olub.

Məqalədə: #Çin aviadaşıyanı Fuçzyan ilk dəfə Tayvan boğazından keçdi #Pekinin yeni aviadaşıyanı Tayvan boğazında: regional mesaj nədir? #Fuçzyanın Tayvan boğazından keçidi: Pekin–Taypey xəttində yeni mərhələ #China’s New Aircraft Carrier Fujian Passes Through Taiwan Strait for First Time #Fujian Carrier Transit Signals New Phase in China–Taiwan Tensions #Chinese Aircraft Carrier Fujian Crosses Taiwan Strait Without Aircraft #Новый авианосец Китая Фуцзянь впервые прошел через Тайваньский пролив #Проход авианосца Фуцзянь: новый сигнал Пекина в регионе #Китайский авианосец Фуцзянь замечен в Тайваньском проливе

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.